Yuxarı

Kino sənayesi virusa görə 5 milyard ABŞ dolları itirə bilər

​Kino sənayesi virusa görə 5 milyard ABŞ dolları itirə bilər

Dünyanın kino sənayesi koronavirusa görə beş milyard ABŞ dollarına qədər gəlir itirə bilər.

“Report” xəbər verir ki, buna səbəb film nümayişlərinin ləğv edilməsidir.

Belə ki, Çində bütün kinoteatrlar bağlanıb, Cənubi Koreya və İtaliyada kassa yığımları əhəmiyyətli dərəcədə azalıb. Yaponiyada isə virusa görə kinoteatrlara gedən yoxdur.

Bu il, 24 yanvar - 23 fevral tarixlərində Çində ənənəvi olaraq Yeni il qeyd olunduğu dövrdə bilet satışından 4,2 milyon ABŞ dolları gəlir əldə edilib. Halbuki, keçən il kinoteatrlar bu müddət ərzində 1,76 milyard ABŞ dolları qazanmışdı.

Dünyada film satışının beşinci ən böyük bazarı hesab edilən Cənubi Koreyada həftəsonu, bilet satışları keçən ilin eyni dövrü ilə müqayisədə 80% azalıb.

Analitiklər hesab edirlər ki, kino sənayesinin ümumi itkisi ən azı beş milyard ABŞ dolları təşkil edəcək. Digər dünya bazarlarında da kassa yığımları azalmağa başlasa, bu rəqəm kəskin şəkildə arta bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi