Yuxarı

Keşişlər Tbilisidə keçirilən beynəlxalq rok konsertini yarımçıq qoyublar

Hadisə yerinə polis gəlib və fiziki toqquşmadan yayınmaq mümkün olub

Bakı. 5 iyun. REPORT.AZ/ Tbilisidə start götürən iki günlük "Tbilisi JAM Fest 2016" rok festivalı başladıqdan sonra qonşu monastırdan olan ruhanilərlə keşişlər tərəfindən dayandırılıb.

"Report" "Qruziya Online"yə istinadən xəbər verir ki, festival iştirakçılarından birinin sözlərinə görə, din xadimləri və onlarla birlikdə hadisə yerinə gələn vətəndaşlar konsertin dayandırılmasını tələb ediblər.

Onlar bəyan ediblər ki, yaxınlıqdan qəbiristanlıq yerləşir və müsiqinin səsi kilsəyə gedib çatır. Monastır festivalın keçirildiyi yerdən təqribən bir km. aralıdadır.

Hadisə yerinə polis gəlib və fiziki toqquşmadan yayınmaq mümkün olub. 

Bunadək konsert zamanı işıqlar sönüb. Təşkilatçılar bunu kilsənin işləri hesab edirdər. Festivalın başqa yerdə keçiriləcəyi hesab edilir.

4-5 iyunda keçirilməsi planlaşdırılan festivalda Azərbaycan da təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi