Yuxarı
    Bağlamaq

    Keçmiş SSRİ-nin tanınmış bəstəkarı vəfat edib

    Vladimir Şainski 92 yaşında dünyasını dəyişib

    Bakı. 26 dekabr. REPORT.AZ/ Keçmiş SSRİ-nin tanınmış bəstəkarı Vladimir Şainski vəfat edib.

    “Report” Rusiyanın “Kultura” televiziyasına istinadən xəbər ki, o, 92 yaşında dünyasını dəyişib.  

    Qeyd edək ki, Vladimir Şainski 1925-ci il dekabrın 12-də Ukraynanın Kiyev şəhərində anadan olub. Gələcəyin tanınmış bəstəkarı 1965-ci ildə Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasının (hazırki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini bitirib. O, Qara Qarayevin sinfində oxuyub.

    V.Şainski 2000-ci ilədək Moskvada yaşayıb və işləyib. Həmin il İsrailə köçüb və 2004-cü ilədək bu ölkədə yaşayıb. 2004-cü ildə ABŞ-ın San-Dieqo şəhərinə köçüb. Orada oturum izni alıb. Bundan sonra Rusiya və ABŞ-da yaşayıb. 2013-cü ildən isə daimi olaraq ABŞ-da yaşayırdı.

    V.Şainski timsah Gena və Çeburaşka haqqında “Mavi vaqon” və “Qoy dəcəllər qaçsın” da daxil olmaqla 40-dan artıq cizgi filminə musiqi bəstələyib.

    Onun mahnılarını Mayya Kristalinskaya, Lyudmila Zıkina, Anna German, İosif Kabzon, Alla Puqaçova, Lev Leşenko və digər tanınmış müğənnilər ifa ediblər.

    V.Şainski “Əsgər şəhəri gəzir”, “Ata evi” kimi mahnıların, “Şən və hazırcavablar klubu”nun (KVN) himninin müəllifidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi