Bakı. 29 mart. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının son məşqləri gedir.
Teatrdan "Report"a verilən məlumata görə, tamaşanın premyerası aprelin 24-ü və 30-da olacaq.
Əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.
Baş rol - Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ifa edəcək.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək.
Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcək.
Xatırladaq ki, uzun müddətdən sonra xalq artisti Fəxrəddin Manafov tamaşaçılarının görüşünə bu tamaşa ilə gələcək.