Yuxarı

Kannda 69-cu beynəlxalq film festivalına hazırlıqlar tamamlanmaq üzrədir

Bu il festival xüsusi təhlükəsizlik tədbirləri altında keçiriləcək

Bakı. 10 may. REPORT.AZ/ Lacivərd sahilin kinematoqrafiya paytaxtında 69-cu Beynəlxalq Kann Festivalına hazırlıqlar tamamlanmaq üzrədir. "Report" xəbər verir ki, bu il mayın 11-dən 22-dək davam edəcək festival xüsusi təhlükəsizlik tədbirləri altında keçiriləcək.

Şəhər küçələrində sutka ərzində növbə çəkmək üçün yüzlərlə əlavə polis cəlb olunub, avtomobillər hərtərəfli yoxlanılır.

Qeyd edək ki, festival mayın 11-də müsabiqədən kənar olan Vudi Allenin "Gözəl insanlar" (Caf Society, 2016) filmi ilə start götürəcək.

Bu il festival proqramına Nikol Qarsiyanın yeni rejissor işi "Daş xəstəliyi" (Fransa), ispan rejissor Pedro Almodovarın çəkdiyi "Culyetta", Po Verhoevenin "O" dramı və s. filmlər daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi