Kann Kino Festivalının fəxri mükafatı olan "Qızıl palma budağı"nın sahibinin kimliyi müəyyənləşib

Kann Kino Festivalının fəxri mükafatı olan "Qızıl palma budağı"nın sahibinin kimliyi müəyyənləşib Fəxri mükafatı fransız aktyor Jan-Pyer Leo alacaq
İncəsənət
10 May , 2016 20:34
Kann Kino Festivalının fəxri mükafatı olan Qızıl palma budağının sahibinin kimliyi müəyyənləşib

Bakı. 10 may. REPORT.AZ/ Kann Beynəlxalq Kino Festivalının fəxri mükafatı olan "Qızıl palma budağı"nı fransız aktyor Jan-Pyer Leo alacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Kann Kino Festivalının rəsmi saytı yayıb.

Bu günədək bu mükafatı aktyor və rejissor Klint İstvud, rejissor Vudi Allen və rejissor Bernardo Bertoluççi qazanıb.

Jan-Pyer Leoya fəxri mükafat mayın 22-də, Kann Kino Festivalının bağlanış günü təqdim ediləcək.

Jan-Pyer Leonu Kann Festivalının əfsanəsi adlandırırlar. Belə ki, aktyor ilk dəfə 1959-cu ildə 14 yaşında Kann Festivalına qatılıb.

Mayın 19-da festivalda Jan-Pyer Leonun çəkildiyi "XIV Lüdovikin ölümü" bədii filminin təqdimatı keçiriləcək.

Xatırladaq ki, 69-cu Kann Beynəlxalq Kino Festivalına hazırlıq işləri başa çatıb. 

Festival mayın 11-dən 22-dək davam edəcək.

Kinofestival rejissor Vudi Allenin "Gözəl insanlar" filmi ilə açılacaq.

Festivalın gündəliyinə 20 bədii film daxil edilib.

"Xüsusi baxış" proqramına Kirill Serebrennikovun "Şəhid-şagird", amerikalı Mett Rossun "Kapitan Fantastik", yaponiyalı rejissor Xrokadzu Koreedanın "Tufandan sonra" filmi, eləcə də belçikalı multiplikator Mihael Dyudok De Vittin "Qırmızı Tısbağa" filmi daxil olub.

Festivalda müsabiqədənkənar göstəriləcək filmlər:

Şeyn Blekin Rassel Krou və Rayan Qoslinqin çəkildiyi "Yaxşı oğlanlar", eləcə də Codi Fosterin "Pul bədheybəti" və Stiven Spilberqin "Böyük və xeyirxah nəhəng" ekran əsərləridir.

69-cu  Kann Beynəlxalq Kino Festivalının münsiflər heyətinin rəhbəri avstraliyalı rejissor Corc Miller olacaq.

Corc Millerin rəhbərliyi altında filmlərə baxış olacaq və komissiya baxışın nəticələrini mayın 22-də elan edəcək.

Son xəbərlər

Orphus sistemi