Yuxarı

Kanadalı caz ifaçısı Bakıda konsert verəcək

Diana Kroll oktyabrın 25-də Beynəlxalq Bakı Caz Festivalının açılışında çıxış edəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ Kanadanın tanınmış caz ifaçısı, pianoçu, beş "Qremmi" mükafatının sahibi Diana Kroll oktyabrın 25-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.

Tanınmış caz ifaçısının Bakı konserti Beynəlxalq Bakı Caz Festivalının açılışında baş tutacaq.

Qeyd edək ki, Diana Kroll 1964-cü ildə Kanadada musiqiçi ailəsində anadan olub. 1981-ci ildə Vankuverdə keçirilən caz festivalının qalibi olub. Caz festivalının qalibi kimi Boston Musiqi Kollecində təhsil almaq üçün təqaüd qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi