Yuxarı

Kamal Abdullanın əsəri əsasında hazırlanmış tamaşanın premyerası olacaq

Rolları əməkdar artistlər Gülzar Qurbanova, Məmməd Səfa, Ceyhun Əliyev, Solmaz Məmmədova, Şəbnəm Cəbrayılova ifa edirlər

Bakı.22 noyabr. REPORT.AZ/ Bu gün YUĞ Dövlət Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının "Səsimdən yapış" adlı tamaşasının premyerası olacaq.

"Report" xəbər verir ki, tamaşa yazıçı Kamal Abdullanın "Bir..iki...bizimki..." pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatı Ramiq Mehdiyə məxsusdur.

Rolları əməkdar artistlər Gülzar Qurbanova, Məmməd Səfa, Ceyhun Əliyev, Solmaz Məmmədova, Şəbnəm Cəbrayılova ifa edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi