Kalmıkiyanın Milli Dram Teatrı Bakıya qasrtol səfərinə gələcək

Kalmıkiyanın Milli Dram Teatrı Bakıya qasrtol səfərinə gələcək Kalmıkiya teatrı A.S.Puşkinin "Qızıl balıq" və azərbaycanlı yazıçı Əli Əmirlinin "Sevən qadın" əsəri əsasında hazırlanan tamaşaları nümayiş etdirəcək
İncəsənət
30 Sentyabr , 2015 11:55
Kalmıkiyanın Milli Dram Teatrı Bakıya qasrtol səfərinə gələcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyanın Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı Azərbaycana 3 günlük qasrtol səfərinə gələcək.

"Report" xəbər verir ki, Kalmıkiya teatrını Bakıya Gənc Tamaşaçılar Teatrı dəvət edib. 

Kalmıkiya Milli Dram Teatrı oktyabrın 9-u,10-u və 11-də Gənc Tamaşaçılar Teatrının səhnəsində A.S.Puşkinin "Qızıl balıq" və azərbaycanlı yazıçı Əli Əmirlinin "Sevən qadın" əsəri əsasında hazırlanan tamaşaları nümayiş etdirəcək.

Ə.Əmirlinin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru, Azərbaycan və Kalmikıyanın əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.

Gənc Tamaşaçılar Teatrı oktyabrın 26-da Kalmıkiya Respublikasına qastrol səfərinə gedəcək.

Qastrol günləri çərçivəsində P.Nurəliyevanın “Dəcəl keçi” və Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşası kalmık tamaşaçılarına təqdim ediləcək.

Xatırladaq ki, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşasına Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev quruluş verib. 

Son xəbərlər

Orphus sistemi