"Jakaranda" adlı sərgi keçiriləcək

"Jakaranda" adlı sərgi keçiriləcək Müasir İncəsənət Mərkəzi ilin son sərgisini keçirir
İncəsənət
23 Dekabr , 2014 13:51
Jakaranda adlı sərgi keçiriləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubu rəssam Səbinə Abdullayevanın fərdi sərgisini keçirir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Müasir İncəsənət Mərkəzi yayıb.

Dekabrın 27-28-də keçiriləcək sərgi "Jakaranda" adlanır. Sərgidə rəssamın şüşə üzərində nəqqaşlıq sənəti nümunələri nümayiş ediləcək.

2 gün davam edəcək sərgi saat 17.00-da Müasir İncəsənət Mərkəzində nümayiş ediləcək və ilin son sərgisi olacaq.

Son xəbərlər

Orphus sistemi