ISME-nin 33-cü Ümumdünya Konfransının türk sessiyasının açılışı olub

ISME-nin 33-cü Ümumdünya Konfransının türk sessiyasının açılışı olub Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının türk sessiyasının açılış mərasimi olub.
İncəsənət
17 İyul , 2018 16:25
ISME-nin 33-cü Ümumdünya Konfransının türk sessiyasının açılışı olub
Report/Elçin Murad

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının türk sessiyasının açılış mərasimi olub.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, "Musiqidən keçən həyat yolu" adlı tədbirin açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kasainov, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Nazir müavini Sevda Məmmədliyeva çıxış edərək deyib ki, bu konfransın Bakıda keçirilməsi, paytaxtımızın dünya sivilizasiyasına açıq olduğunu bir daha sübut edir: "Konfransın məqsədi musiqi təhsili sahəsində müxtəlif aspekt və problemlərlə bağlı əlaqələrin gücləndirilməsi və fikir mübadiləsi aparmaqla dünyada musiqi müəllimləri arasında qlobal anlaşmanı inkişaf etdirməkdir”.

Səfir Erkan Özoral bildirib ki, Türkiyədə keçirilməsi planlaşdırılan tədbirin Azərbaycanda təşkil olunması təsadüfi deyil: "Biz iki dövlət, bir millətik. Buna görə də ya Azərbaycanda, ya da Türkiyədə keçirilməsinin bir fərqi yoxdur, konfrans nəticə olaraq bizim vətənimizdə keçirilir".

Konfrans konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi