​INDEX Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film hazırlayıb - VİDEO

​INDEX Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film hazırlayıb - VİDEO Ekran əsərində faciədən əvvəl və sonra baş vermiş hadisələr canlandırılıb
İncəsənət
25 Fevral , 2016 22:47
​INDEX Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film hazırlayıb - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi (Center for Human Capital Development of Azerbaijan) Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film hazırlayıb.

"Report" xəbər verir ki, filmdə faciədən əvvəl və sonra baş vermiş hadisələr canlandırılıb.

Tanınmış aktyor və aktrisaların iştirak etdiyi ekran əsərində Xocalı soyqırımının baş verməsi və bir gecənin içində günahsız insanların həyatlarının məhv olması əks olunub.

Altı dəqiqəlik ekran əsərinin əsas məqsədi Dağlıq Qarabağda baş verən hadisələrin dəhşətlərini dünya ictimaiyyətinə göstərmək, Xocalı sakininin qayğısız həyatının darmadağın olmasını diqqətə çatdırmaqdır.

Qeyd edək ki, INDEX başda Türkiyə olmaqla dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına, gələcəyinə töhfə verə bilməsi və bununla yanaşı, gənclərin şəxsi karyera inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarının artırılması məqsədi ilə 2013-cü ildə təsis edilib.

Mərkəz xaricdə təhsil alan azərbaycanlı gənclərlə yanaşı eyni zamanda Azərbaycan dövlət qulluqçularının da beynəlxalq təcrübə əldə etməsi, qlobal şirkətlərin iş prinsipləri ilə yaxından tanış olması istiqamətində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi