İyulun 31-i Milli Kino Günü ilə bağlı tədbir keçiriləcək

İyulun 31-i Milli Kino Günü ilə bağlı tədbir keçiriləcək Nizami Kino Mərkəzində keçiriləcək tədbirdə kinoalmanax nümayiş ediləcək
İncəsənət
14 İyul , 2015 18:13
İyulun 31-i Milli Kino Günü ilə bağlı tədbir keçiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür. Bu münasibətlə iyulun 31-də Nizami Kino Mərkəzində tədbir olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzinin mətbuat xidməti yayıb.

Kino gününə həsr edilən tədbirdə gənc rejissorların çəkdiyi "4.1 Şəhər motivləri" kinoalmanaxının təqdimatı keçiriləcək.

Milli Kino Günündə kino xadimləri iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi