Yuxarı

​İtalyanların hazırladığı “Xocalıda qırmızı mələk” tamaşası Bakıda səhnəyə qoyulacaq

Şura Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tamaşanın rejissor və aktyor heyətini Bakıya dəvət edib

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 22-də, saat 16:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində hazırlanan “Xocalıda qırmızı mələk” adlı tamaşanın premyerası keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən "Report"a verilən məlumata görə, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatının hazırladığı “Xocalıda qırmızı mələk” adlı tamaşa fevralın 24-də Milan şəhərinin “Teatro Filodrammatici” teatrında səhnəyə qoyulub.

Şura Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tamaşanın rejissor və aktyor heyətini Bakıya dəvət edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi