İtalyan heykəltəraş sufizmi əks etdirən "Dərvişlər" adlı sərgi keçirib

İtalyan heykəltəraş sufizmi əks etdirən "Dərvişlər" adlı sərgi keçirib Sərginin açılışına çox sayda Türk və İtalyan qonaq qatılıb
İncəsənət
4 Dekabr , 2014 21:24
İtalyan heykəltəraş sufizmi əks etdirən Dərvişlər adlı sərgi keçirib
Bakı. 4 dekabr. REPORT.AZ/ Romada yerləşən Yunus Əmrə İnstitutunun Mədəniyyət Mərkəzi İtalyan sənətçi Covanni Casallettonun "Dərvişlər" adlı sərgisinə ev sahibliyi edib.

Metal və dəmir ustası da olan heykəltəraş Casalletto son 5 ildir maraqlandığı sufizmi əks etdirən əsərlərdən ibarət sərgisini sənətsevərlərə təqdim edib.

"Report"-un Anadolu Agentliyi-nə istinadən verdiyi məlumata görə, sərginin açılışına Türkiyənin Vatikan Səfiri Mehmet Paçacı başda olmaqla çox sayda Türk və İtalyan qonaq qatılıb.

Casalletto, Yunus Emre İnstitutunda açılan fərdi sərgisindən məmnun olduğunu dilə gətirərək: "5 il əvvəl güclü mənəviyyata malik olan bir müəllim ilə tanış oldum və o mənə sufizm haqqında danışdı. Mən də özümü bunları anlamağa həsr etdim. Allahdan və sevgidən söz açırdı ki, çox maraqlı, cəlbedici söhbətlər idi. Beləliklə 5 il əvvəl başladı hər şey və mən sufizmlə bağlı işə başlamağı qərara aldım".

Memar həmçinin qeyd edib ki, dəmir və metaldan faydalandığı əsərlərində diqqət çəkmək üçün ağ rəngi seçib.

Son xəbərlər

Orphus sistemi