İtaliya ansamblı və Azərbaycanın simfonik orkestrinin birgə konserti olacaq

İtaliya ansamblı və Azərbaycanın simfonik orkestrinin birgə konserti olacaq Konsert iyunun 24-də keçiriləcək
İncəsənət
23 İyun , 2015 12:20
İtaliya ansamblı və Azərbaycanın simfonik orkestrinin birgə konserti olacaq

Bakı. 23 iyun. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İtaliyanın "Le Dev4s" ansamblı və Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin birgə konsert proqramı keçiriləcək. 

"Report" xəbər verir ki, məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 

Konsert iyunun 24-də keçiriləcək. Musiqiçi və prodüser Françeska Volpini tərəfindən yaradılan "Le Dev4s" dörd italiyalı sopranosundan ibarət ansambldır. Yalnız qadınlardan ibarət olan bu ansambl Motsart, Bellini, Verdi və Puçini də daxil olmaqla ən məşhur opera nümunələrinin və mahnıların interpretasiyasını təqdim edir. 

Konsert proqramı saat 21:00-da başlayır. 

Son xəbərlər

Orphus sistemi