Bakı. 16 iyul. REPORT.AZ/ Rusiya və Qazaxıstanın teatr və kino aktyoru Vladimir Tolokonnikov 74 yaşında dünyasını dəyişib.
"Report" xəbər verir ki, məlumat Almatıda yerləşən M.Y.Lermantov adına Rus Dram Teatrından təsdiq olunub.
Tolokonnikov 25 iyun 1943-cü ildə Almatıda doğulub. O, tamaşaçılar arasında, həmçinin "İt ürəyi" filmində (1988) ifa etdiyi Şarikov rolu, eləcə də "Xottabıç" filmindəki (2006) rolları ilə məşhurdur.