Yuxarı
    Bağlamaq

    İsveçli rejissor Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlayır

    “Uzuncorab Peppi” tamaşası yeni teatr mövsümündə təqdim olunacaq

    Bakı. 21 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında beynəlxalq layihə çərçivəsində daha bir tamaşanın məşqləri başlayıb.

    Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

    Görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan yeni səhnə əsərinin quruluşçu rejissoru isveçli rejissor Roni Danielson və əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (İsveç), orenjemançısı Rüfət Ramazanov, səhnə hərəkəti və plastikasının müəllifi Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

    Müzikl tamaşada əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu, Ramil Məmmədov, Elnur Əliyev iştirak edəcək.

    İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanan tamaşanın növbəti teatr mövsümündə təqdim olunması nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi