İsveçli rejissor Gənc Tamaşaçılar Teatrında olub

İsveçli rejissor Gənc Tamaşaçılar Teatrında olub Roni Danielson “Balaca və damda yaşayan Karlson” tamaşasını izləyib
İncəsənət
28 Mart , 2016 18:41
İsveçli rejissor Gənc Tamaşaçılar Teatrında olub

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isveçli rejissor Roni Danielsonla görüş keçirilib. "Report" xəbər verir ki, bu barədə xəbəri GTT-nın mətbuat xidməti yayıb.

Yeni beynəlxalq layihə çərçivəsində həyata keçirilmiş görüşdə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” romanı əsasında tamaşa hazırlanması haqqında müzakirələr edilib.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və yaradıcı heyətlə görüşən isveçli rejissor görüşdən öncə nümayiş etdirilən müəllifin başqa bir səhnə əsəri - f.

GTT-nın rəhbəri M.Həmidov qonağa Azərbaycan teatrı haqqında ətraflı məlumat verərək, ölkəmizin teatr sahəsində baş verən yeniliklər haqqında da danışıb. Tamaşada iştirak edən aktyorlara maraqlı ifalarına görə təşəkkür edən rejissor özü haqqında qısa məlumat verdikdən sonra yeni tamaşa haqqında danışıb: “Uzuncorab Peppi” müəllifin ilk əsərlərindən biridir. Astrid Lindqren bu romanı 1944-cü ildə qələmə alaraq qızına hədiyyə edib. Əsərdə anasını itirmiş, atası uzaqlarda – dənizdə işləyən gənc, yalnız və müstəqil Peppinin şən və macəralı həyatından bəhs edir. Əsərdə 10-15 obraz var və onlardan demək olar ki, yarısı əsas qəhrəmanlardır. Romanda Peppinin ən yaxın dostları Toni və Anikadır”.

Dünyanın bir çox teatrlarında çalışan rejissorun sözlərinə görə, o, müəllifin “Рони, дочь разбойника” əsərini səhnələşdirib.

Məlumat üçün bildirək ki, Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və "Azercell Telekom"un birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə əsasında hazırlanacaq tamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək.

Son xəbərlər

Orphus sistemi