​İsveçdə Xocalı soyqırımına həsr olunan “Sonsuz dəhliz” filminin təqdimatı olub

​İsveçdə Xocalı soyqırımına həsr olunan “Sonsuz dəhliz” filminin təqdimatı olub Filmin nümayişi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində baş tutub
İncəsənət
19 Fevral , 2016 04:16
​İsveçdə Xocalı soyqırımına həsr olunan “Sonsuz dəhliz” filminin təqdimatı olub

Bakı. 19 fevral. REPORT.AZ/ Ötən gün İsveçin paytaxtı Stokholmda ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” adlı müstəqil sənədli filmin nümayişi olub.

"Report" xəbər verir ki, nümayiş “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.

Bu film 1992-ci ilin fevralın 26-da baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub.

Britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz dəhliz” sənədli filmi 2015-ci ildə keçirilmiş beynəlxalq premyerasından sonra tamaşaçıların rəğbətini qazanıb.

Film Xocalı faciəsinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub. O, qətliamdan xilas olmuş, gözləri qarşısında yaxınları qətlə yetirilmiş insanların bu xatirələrlə necə yaşadıqlarını öyrənmək arzusu ilə geri dönüb. Rusiyalı jurnalist Viktoriya İvleva da iki günlük körpəsini həmin qətliamdan xilas edən ana – Mehribanla görüşüb. “Bu hekayələr həyatları öz doğma torpaqlarında erməni işğalı nəticəsində məhv olmuş insanların hekayələridir", - deyə L. Zatter bildirib.

Qeyd edək ki, Madriddə Tenerife Beynəlxalq Film Festivalında film “Ən yaxşı sənədli film”, rejissor Aleksandras Brokas isə “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edilib. Həmçinin Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb. Film ABŞ-da keçirilmiş “Accolade Qlobal Film Competition” müsabiqəsində də “Best of Show” mükafatına layiq görülüb.

Film, həmçinin Türkiyənin “Kanal 24”, “CNN Türk” və “Eurochannel”də nümayiş olunub.

Filmin fasiləsi zamanı həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.

Qeyd edək ki, 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olmaqla 613 nəfər qətl edildiyi bu soyqırım Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin ən dəhşətli qəddarlıq nümunəsidir.

Son xəbərlər

Orphus sistemi