İstanbulda teatr konfransı keçiriləcək

İstanbulda teatr konfransı keçiriləcək Konfrans görkəmli türk yazıçısı, dramaturq Haldun Tanerin 100 illik yubileyinə həsr olunub
İncəsənət
24 Noyabr , 2015 14:18
İstanbulda teatr konfransı keçiriləcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Görkəmli türk yazıçısı, dramaturq Haldun Tanerin 100 illik yubileyi münasibətilə İstanbulda teatr konfransı keçiriləcək.

"Report" xəbər verir ki, konfrans noyabrın 26-27-də baş tutacaq.

Konfransda tanınmış türk yazarları, dramaturqlar, teatrşünaslar, aktyorlar iştirak edəcək. Konfrans çərçivəsində Haldun Tanerin türkdilli respublikalarda tamaşaya qoyulacaq əsərləri barəsində qonaqlara məlumat veriləcək.

Konfrans "100-cü Doğum yılında Haldun Taner" adlanır. 

Qeyd edək ki, bu il TÜRKSOY-un xətti ilə türkdilli ölkələrdə Haldun Taner ili elan edilib. Bu münasibətlə, türkdilli respublikaların teatrlarında, o cümlədən Azərbaycan səhnəsində Haldun Tanerin bir neçə əsəri tamaşaya qoyulacaq.

Tamaşalardan biri Şəki Dövlət Dram Teatrında hazırlanacaq. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Haldun Tanerin "Və dəyirman dönərdi" əsəri əsasında eyniadlı tamaşanı səhnəyə qoyacaq.

H.Tanerin yubileyi münasibətilə ikinci tamaşanın Akademik Milli Dram Teatrında hazırlanacağı nəzərdə tutulub. Hələlik əsərin adı və rejissorun kimliyi müəyyənləşdirilməyib.  

Son xəbərlər

Orphus sistemi