Azərbaycan Dövlət Rəqs Ansamblı İstanbulda konsert proqramı ilə çıxış edib - FOTO - VİDEO

Azərbaycan Dövlət Rəqs Ansamblı İstanbulda konsert proqramı ilə çıxış edib - FOTO - VİDEO İstanbul. 18 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı baş tutub.
İncəsənət
18 Fevral , 2019 12:45
Azərbaycan Dövlət Rəqs Ansamblı İstanbulda konsert proqramı ilə çıxış edib - FOTO - VİDEO
Report

İstanbul. 18 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı baş tutub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi ilə keçirilib.

Konsert proqramını Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin İstanbul Böyükşəhər Bələdiyyəsinin, əməkdaşları, qardaş ölkənin tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun təmsilçiləri izləyiblər.

İstanbul Konqres Mərkəzində təşkil olunan tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblının 80 üzvünün ifasında “Toy”, “Bahar”, “Tərəkəmə”, “Ağ çiçək”, “Qazağı”, “Qavalla lirik rəqs”, “Bəy”, “Şələqoy” və digər maraqlı rəqslər tamaşaçılara təqdim olunub. Eyni zamanda “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış balet də təqdim edilib. Ansamblın bədii rəhbəri Rusiya Federasiyasının xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.

Sonda Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin rəhbəri Nuran Acar bu ənənənin davam etdiriləcəyini bildirib: “Azərbaycan rəqslərini, sadəcə, İstanbulda deyil, Türkiyənin hər yerində görəcəyik. Çünki Azərbaycan Dövlət Rəqs Ansamlı Türkiyənin digər böyük şəhərlərində də böyük konsert proqramları ilə çıxış edəcək. İki qardaş ölkənin zəngin mədəniyyətinin təbliği üçün çalışdığımıza görə çox xoşbəxtik”.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi