Yuxarı

​İstanbulda 14 milyon dollarlıq rəsm əsəri aşkarlanıb

Gürcüstanın iki vətəndaşı rəsm əsərini qanunsuz olaraq satmaq istəyərkən tutulublar

Bakı. 8 yanvar. REPORT.AZ/ Tanınmış holland rəssamı Antonis van Deykin Gürcüstandan Türkiyəyə qaçaqmalçılıqla aparılan əsəri İstanbulda aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Türkiyə hüquq-mühafizə orqanları ehtimal edir ki, əsər bundan əvvəl Avropadan Rusiyaya, oradan Gürcüstana gətirilib.

Əsərin qiyməti 14 milyon dollardır.

Gürcüstanın iki vətəndaşı rəsm əsərini qanunsuz olaraq satmaq istəyərkən tutulublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi