İsrailin Gənc Tamaşaçılar Teatrı Azərbaycanda tamaşalar nümayiş etdirəcək

İsrailin Gənc Tamaşaçılar Teatrı Azərbaycanda tamaşalar nümayiş etdirəcək İsrailli aktyorlar Azərbaycanın Gənc Tamaşaçılar Teatrının səhnəsində “Bremen musiqiçiləri” və “Balaca şahzadə” tamaşaları ilə çıxış edəcəklər
İncəsənət
14 İyul , 2017 13:35
İsrailin Gənc Tamaşaçılar Teatrı Azərbaycanda tamaşalar nümayiş etdirəcək

Bakı. 14 iyul. REPORT.AZ/ İsrailin Gənc Tamaşaçılar Teatrı Azərbaycanda tamaşalar nümayiş etdirəcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov israilli həmkarı, İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb.

Görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunub.

M.Həmidov qeyd edib ki, İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı ilə yaradıcılıq əlaqələri qurmaqda maraqlıdırlar: "Çünki biz müxtəlif ölkələrdə beynəlxalq festivallarda iştirak edərkən İsrailli həmkarlarımızla tanışlığımız olub. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, onun repertuarı haqqında artıq məlumatlıdırlar və bizimlə yaradıcılıq əməkdaşlığı etmək arzusundadırlar. Bu bizim İsrailli həmkarlarımızla ilk beynəlxalq layihəmiz olacaqdır. Ümid edirəm ki, bu layihəni də uğurla həyata keçirəcəyik”.

Danışaqlardan əldə olunan razılığa əsasən İsrail Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümündə Azərbaycanın Gənc Tamaşaçılar Teatrının səhnəsində “Bremen musiqiçiləri” və “Balaca şahzadə” tamaşaları ilə çıxış edəcək, daha sonra isə Gənc Tamaşaçılar Teatrının kollektivi Tel-Əvivə səfər edəcək.

Son xəbərlər

Orphus sistemi