Yuxarı

​İsraildə inşaatçılar II əsrə aid sarkofaqı gizlətmək istəyərkən zədələyiblər

Qədim sarkofaq əhəng daşından hazırlanıb, 2,5 m uzunluğunda və təxminən iki ton ağırlığındadır

Bakı. 5 sentyabr. REPORT.AZ/ İsraildə inşaatçılar II əsrə aid daş sarkofaqı aşkar etdikdən sonra başqa yerdə gizlətmək istəyərkən zədələyiblər.

Bu barədə "Report" TASS agentliyinə istinadən xəbər verir.

İsrail televiziyasının məlumatına görə, söhbət İsrail ərazisində aşkar edilən ən maraqlı arxeoloji tapıntılardan biri haqqında gedir.

1,8 min il yaşı olan sarkofaq İsrailin cənubundakı Aşkelon şəhərində villaların tikildiyi sahədə işlər aparılan zamanı aşkar edilib. Qədim türbə əhəng daşından hazırlanıb, 2,5 m uzunluğunda və təxminən iki ton ağırlığındadır.

Sarkofaq fəhlələr tərəfindən torpağın altından adi tikinti texnikası olan ekskavator vasitəsi ilə çıxarılan zaman xeyli zədələnib.

Fəhlələr oyma vasitəsilə hazırlanan daş abidəni ekskavatorun çalovu ilə vuraraq ona bərpası mümkünsüz olan zərər vurublar.

İsrail mətbuatının yazdığına görə, iş icraçısı tikinti işlərinin ləngiməməsi məqsədilə aşkar olunan tapıntı haqqında İsrailin müvafiq qurumuna xəbər verməmək qərarına gəlib və fəhlələrə tapşırıb ki, sarkofaqı başqa yerdə gizlədərək üstünə tikinti tullantıları atsınlar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi