Bakı. 26 may. REPORT.AZ/ İspaniyanın tanınmış kinorejissoru Visente Aranda 88 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu haqda İspaniya Kinoakademiyasının "twitter" səhifəsində məlumat yerləşdirilib.
Xəbərə görə, o "Sevgililər" (1991) və "Dəlisov sevgi" (2001) kimi məşhur filmlərin rejissorudur.
Vinsente Aranda bir sıra kino mükafatlarına, o cümlədən "Qoyya" mükafatı və İspaniya Milli Kinematoqrafiyasının mükafatına layiq görülüb.