İşdən çıxarılan xalq artisti rayonda işləyəcək

İşdən çıxarılan xalq artisti rayonda işləyəcək "Üç müxtəlif teatrdan iş təklifi almışam"
İncəsənət
26 Yanvar , 2015 11:00
İşdən çıxarılan xalq artisti rayonda işləyəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti Valeh Kərimov üç müxtəlif teatrdan iş təklifi alıb.

Bu barədə "Report" a açıqlamasında o özü məlumat verib.

O, hər üç iş təklifinin Azərbaycanın rayon teatrlarından gəldiyini bildirib.

"Sumqayıt Teatrından işdən çıxarılma xəbərim yayıldıqdan sonra müxtəlif teatrların rəhbərlərindən iş təklifləri aldım. Hər birinə təşəkkür edirəm. Hələlik teatrların adlarını demək istəmirəm, çünki son qərarımı verməmişəm. Amma yaxın günlərdə üç təklifdən birinə müsbət cavab verib, bölgəyə yola düşəcəm".

O, bölgədə çalışmağın çətin olmayacağını da deyib: "Niyə çətin olur? Mən aktyoram. Sumqayıt olmasın, başqa yer olsun. Gedib məşqimi, tamaşamı oynayıb qayıdacam. Əsas odur ki, sənətimlə məşğul olacam".

Qeyd edək ki, ömrünün 45 ilini Sumqayıt Teatrına həsr edən xalq artisti Valeh Kərimov 70 yaşının tamam olması ilə əlaqədar teatrdan uzaqlaşdırılıb. Aktyor bunu özünə qarşı haqsızlıq kimi qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi