Yuxarı

İrlandiyanın “Rhythm of the Dance” qrupu Bakıda konsert verəcək

Konsert I Avropa Oyunları münasibətilə təşkil olunub

Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 26-də Heydər Əliyev Sarayında İrlandiyanın "Rhythm of the Dance" qrupunun konserti olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, dünyanın bir çox ölkələrində rəqslər təqdim edən qrup ənənəvi və müasir rəqsləri, eləcə də fərqli geyimləri ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb.

Şouda canlı orkestr, üç tenor və 20-dən çox rəqqasın çıxışı gözlənilir. İrlandiyanın qədim rəqs ənənələrini yaşadan və onları müasir formada təqdim edən "Rhythm of the Dance" qrupunun konsert proqramı Azərbaycanda keçirilən I Avropa Oyunları münasibətilə təşkil olunacaq.

Konsert saat 19:00-da başlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi