İrəvan Teatrında “Ömür qatarı” tamaşasının premyerası keçirilib

İrəvan Teatrında “Ömür qatarı” tamaşasının premyerası keçirilib Tamaşa qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” əsəri əsasında hazırlanıb
İncəsənət
23 Yanvar , 2018 13:22
İrəvan Teatrında “Ömür qatarı” tamaşasının premyerası keçirilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni hazırlanan “Ömür qatarı” tamaşasını təqdim edib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş etdirilib.  

Tamaşa qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” əsəri əsasında hazırlanıb.

Teatrın 136-cı mövsümünün anşlaqla keçən ilk premyerasında Qırğız Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Əsəri Azərbaycan dilinə tanınmış şair-dramaturq Hidayət tərcümə edib.

Əsərdə insan taleyi, insani məsələlər ön plana çəkilib. Hadisələr birinci hissədə sərnişin qatarında, vaqonda cərəyan edir. İkinci hissədə isə hadisələr qatardan enmiş səhrada dəmir yolunun üzərində davam edir. 

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.

Rollarda əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov, aktyorlar Səmayə İsmayılova, Ruhiyyə Eyvazova, Nicat Mirzəzadə, Şəbnəm Cəbrayılova, Tural Xəlilzadə, Elçin Hacıyev və Rövşən Cəfərov çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi