Bakı. 17 iyun. REPORT.AZ/ C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 133-cü teatr mövsümünə türkiyəli yazıçı Dəmət Çizməlinin əsəri əsasında hazırlanmış "Cümhuriyyətin ilk sədası" adlı tamaşa ilə yekun vurulacaq.
"Report" xəbər verir ki, iyunun 30-da nümayiş olunacaq tamaşa Türkiyədə 1919-1923-cü illərdə baş verən hadisələrdən bəhs edir.
Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Əsas rolları - Atatürk obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.