İranlı dirijor Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

İranlı dirijor Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalında iştirak edəcək Bardiya Kiaras Azərbaycan Dövlət Musiqili Teatrının ifasında "Arşın mal alan" operettasına dirijorluq edəcək
İncəsənət
10 İyul , 2017 10:34
İranlı dirijor Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalında iştirak edəcək
Tehran Times

Bakı. 10 iyul. REPORT.AZ/ İranlı gənc musiqiçi Bardiya Kiaras bu ilin sentyabr ayında Bakıda keçiriləcək Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının orkestrinə dirijorluq edəcək.

"Report"un "Tehran Times"a istinadən verdiyi xəbərə görə, bu barədə qərar iranlı musiqiçinin Bakıda Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevlə görüşündən sonra qəbul edilib.

"Bakıya səfərim zamanı Lalayevlə görüşdüm və o, məni bu festivalda Azərbaycan Dövlət Musiqili Teatrının ifasında "Məşədi İbad"  komediyasına və "Arşın mal alan" operettasına dirijorluq etməyə çağırdı", - B.Kiaras bildirib.

Konsertlər sentyabrın 23-24-nə planlaşdırılıb.

B.Kiarasın sözlərinə görə, atası regionun mədəniyyəti ilə tanış olduğundan o, həmişə Azərbaycan musiqisi ilə maraqlanıb. "Belə böyük festivalda iştirak edəcəyimə görə şadam", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi