Yuxarı

​İranın məşhur kinorejissoru vəfat edib

Abbas Kiarostami Fransada xərçəng xəstəliyindən müalicə olunurdu

Bakı. 5 iyul. REPORT.AZ/ "Albalı dadı" filmi sayəsində şöhrət tapmış iranlı kinorejissor Abbas Kiarostami 77 yaşında Fransada dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Kiarostami Fransada xərçəng xəstəliyindən müalicə olunurdu. Lakin KİV rejissorun hansı səbəbdən vəfat etdiyini yazmır.

Abbas Kiarostami İran kinosunda "yeni dalğa"nın lideri hesab olunur. O, 1997-ci ildə "Albalı dadı" filminə görə Kann kinofestivalında "Qızıl palma budağı"na layiq görülüb. Bu, festival tarixi ərzində belə yüksək mükafata layiq görülmüş ilk İran filmi idi. 1999-cu ildə isə Kiorostami Venesiya kinofestivalının birdən-birə 4 mükafatını qazanıb. Onların sırasında münsiflər heyətinin Xüsusi mükafatı da olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi