Yuxarı

İran nazirinin müavini Habil Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Mərhum Habil Əliyev adı və öz sənəti ilə dünyada yüksək mövqe tutub

Bakı. 10 sentyabr. REPORT.AZ/ İranın mədəniyyət və İslami irşad nazirinin incəsənət məsələləri üzrə müavini Əli Muradxani Azərbaycanın xalq artisti, kamança ustası Habil Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Ə.Muradxani bildirib ki, mərhum H.Əliyev adı və sənəti ilə dünyada yüksək mövqe tutub.

"Tanınmış sənətçi ömrünü musiqi sahəsinə həsr edərək xatirələrdə daimi yaşayacaq əsərlər ərsəyə gətirdikdən sonra fani dünyadan köçdü. Habil Əliyev İran da daxil olmaqla, bir çox ölkələrin səhnələrində ifa etdiyi qiymətli musiqi əsərləri ilə özünə böyük sevgi qazanıb, o cümlədən İranın mədəniyyət və incəsənət xadimləri də Habil Əliyevə xüsusi ehtiram göstərirdilər", - başsağlıqda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi