"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı başa çatıb

"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı başa çatıb Şəkidə keçirilən festivalın sonuncu günündə Şəki Xan Sarayının həyətində muğam konserti olub
İncəsənət
6 İyul , 2015 09:48
İpək Yolu VI Beynəlxalq Musiqi Festivalı başa çatıb

Bakı. 6 iyul. REPORT.AZ/ Şəkidə keçirilən "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı başa çatıb. 

"Report" xəbər verir ki, iyulun 1-dən 5-dək davam edən festivalın son günündə Şəki Xan Sarayının həyətində muğam konserti keçirilib. Konsertdə əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl çıxış edib. Gənc xanəndə, Akademik Opera və Balet Teatrının solisti Arzu Əliyevanın ifasında muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.

Axşam isə Şəkinin "Yay Teatrı" adlanan məkanında Şəki "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanışı keçirilib. Bağlanış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun sülh artisti Firəngiz Əlizadə, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edib, hər bir iştirakçıya, hər bir qonağa təşəkkür ediblər.

Rəsmi hissədən sonra təntənəli bağlanış mərasimi Azərbaycan Bəstəkarlar İttifaqının "Baku Sinfonietta" orkestrinin konserti ilə başa çatıb.

Orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir. 

Son xəbərlər

Orphus sistemi