İnsan alverinin qurbanlarına həsr olunan tamaşa təqdim ediləcək

İnsan alverinin qurbanlarına həsr olunan tamaşa təqdim ediləcək Bakı Uşaq Teatrı "Günahsız Günahkarlar" tamaşasını nümayiş etdirəcək
İncəsənət
5 Oktyabr , 2015 14:44
İnsan alverinin qurbanlarına həsr olunan tamaşa təqdim ediləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı Uşaq Teatrı oktyabrın 7-də "Günahsız Günahkarlar" tamaşasını nümayiş etdirəcək.

"Report" xəbər verir ki, tamaşa oktyabrın 7-si saat 12.00-də Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi məkanda - Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət Sarayında təqdim ediləcək.

Müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş, kimisi ailə qurmaq adı ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs, bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? "Günahsız Günahkarlar" tamaşası bu suallara cavab üzərində qurulub.

Son xəbərlər

Orphus sistemi