İncəsənət Muzeyinin direktoru "Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalına layiq görülüb

İncəsənət Muzeyinin direktoru "Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalına layiq görülüb Medalı "Avropa Nəşr Mətbuat Evi" təqdim edib
İncəsənət
22 May , 2015 17:46
İncəsənət Muzeyinin direktoru Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalına layiq görülüb

Bakı. 22 may. REPORT.AZ/ Mayın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində bu mədəniyyət ocağının direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevə "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi xüsusi diplom və qızıl medal təqdim edilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Medalı təqdim edən "Avropa Nəşr Mətbuat Evi"nin baş direktoru Şöhrət Səlimbəyli bildirib ki, bu günə kimi elm və incəsənət sahəsində bir sıra görkəmli şəxslər bu mükafatla təltif ediliblər.

Çingiz Fərzəliyev "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, natürmort janrının mənşəyi, tarixi inkişaf yolu, estetik mahiyyəti, bədii təsvir imkanları sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə, ölkədə rəssamlıq elminin inkişafında göstərdiyi xidmətlərə görə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" nominasiyasında qızıl medala və diploma layiq görülüb.

Son xəbərlər

Orphus sistemi