Yuxarı

​İlhamə Quliyeva vəfat edib

Faktı Səhiyyə Nazirliyinin mətbuat xidməti təsdiqləyib

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, xalq artistinin vəziyyəti ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının təcili yardım xidmətinə evdə çalışan şəxslərdən biri xəbər verib. Məlum olub ki, onun vəziyyəti qəfildən pisləşib. Səhər saat 10.30-da təcili yardım maşını İ.Quliyevanın evinə çatıb. Təcili tibbi yardım maşını çatarkən, o, artıq dünyasını dəyişib.

Qeyd edək ki, İlhamə Quliyeva 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

O, müğənni Tükəzban İsmayılovanın qızıdır.

İlhamə Quliyeva ötən əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını - Mirmöhsünova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2002-ci ildə "Şöhrət" ordeninə, 2013-cü ildə "Şərəf" ordeninə layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi