İlham Namiq Kamal ad gününü qeyd edir

İlham Namiq Kamal ad gününü qeyd edir "Belə havada ad gününu evdə, doğmaların əhatəsində keçirmək məsləhətdir"
İncəsənət
9 Yanvar , 2015 10:22
İlham Namiq Kamal ad gününü qeyd edir

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli sənətkar, ADMİU-nun "Estrada sənəti" kafedrasının müdiri İlham Namiq Kamalın doğum günüdür. O, 66 yaşını qeyd edir.

İlham Namiq Kamal "Report"a açıqlamasında doğum gününü evdə doğmaları ilə birlikdə qeyd edəcəyini deyib: "Bu qarlı-şaxtalı gündə Mədəniyyət və İncəsənət Universitetinə tələsirəm. Bu gün rəhbərlik etdiyim kafedrada imtahanım var. Ad günümü iş başında sənət dostlarım və tələbələrimlə birlikdə qeyd edəcəm. Günortadan sonra evdəyəm və ad günümü ailə üzvlərimlə birlikdə keçirməyi düşünürəm. Belə havada ad gününu evdə, doğmaların əhatəsində keçirmək məsləhətdir".

Qeyd edək ki, İlham Namiq Kamal oğlu Əhmədov 1949-cu ildə Bakıda doğulub. 31 saylı orta məktəbi 1966-cı ildə bitirib və elə həmin ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Ədil İsgəndərovun və Azərbaycanın Xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb.

Akademik Milli Dram Teatrının səhnəsində biri-birindən maraqlı obrazlar yaradıb. Dövlət Gənclər Teatrı və Musiqili Komediya Teatrlarında çalışıb.

1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir.

2013-cü il iyunun 25-də "Şöhrət" ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi