"İlahi oyun" tamaşası Minskdə nümayiş etdiriləcək

"İlahi oyun" tamaşası Minskdə nümayiş etdiriləcək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı qastrol səfərinə yola düşüb
İncəsənət
18 Noyabr , 2015 15:10
İlahi oyun tamaşası Minskdə nümayiş etdiriləcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Belarusda keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşasını nümayiş etdirəcək.

"Report" xəbər verir ki, səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələr, Gürcüstanı əhatə edir və “İlahi oyun” tamaşası ilə açılacaq.
“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edir. 

“İlahi oyun” tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılacaq.

Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədilə təşkil olunur.

Son xəbərlər

Orphus sistemi