"İkinci pərdə" filminin təqdimatı keçirilib

"İkinci pərdə" filminin təqdimatı keçirilib Film dostu ilə ərinə xəyanət edən qadının ifşasından və bundan sonra cərəyan edən hadisələri əks etdirir
İncəsənət
6 Noyabr , 2017 17:02
İkinci pərdə filminin təqdimatı keçirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ "İkinci pərdə" filminin media nümayəndələri üçün təqdimatı keçirilib.

"Report" xəbər verir ki, rejissoru Emil Quliyev olan filmin prodüseri Orxan Mərdandır.

Film dostu ilə ərinə xəyanət edən qadının ifşasından və bundan sonra cərəyan edən hadisələri əks etdirir. Hadisələr Bakıda baş verir.

Filmin produseri Orxan Mərdan qeyd edib ki, film real hadisələr əsasında lentə alınıb: "Film birbaşa sənədli film deyil, burada müəllif yanaşması da var. Çəkilişlərə baxmaq üçün filmdə Arif və başqa bir rolun prototipi çəkiliş meydançasına gəlmişdi".

Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib.

Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir.

Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

Son xəbərlər

Orphus sistemi