Yuxarı

Ötən il Qız Qalasını və Şirvanşahlar Sarayını ziyarət edənlərin sayı açıqlanıb

Ötən il Qız Qalasını 215407,  Şirvanşahlar Sarayı Kompleksini isə 81482 nəfər ziyarət edib

Bakı. 23 yanvar. REPORT.AZ/ 2014-cü ildə Qız Qalasını 215 407 nəfər Şirvanşahlar Sarayı Kompleksini isə 81 482 nəfər yerli və xarici qonaq ziyarət edib. "Report" xəbər verir ki, bu barədə məlumatı İçərişəhər Tarixi Memarlıq Qoruğunun mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, YUNESKO-nun Dünya Maddi İrs Siyahısında yer almış İçərişəhərin dünya əhəmiyyətli abidələri - Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi hər il minlərlə yerli və xarici qonağı qəbul edir: "Aparılmış uzunmüddətli konservasiya işlərindən və yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ilin yanvar ayında Qız Qalası yenidən öz qapılarını ziyarətçilər üçün açıb. Həmin ilin martından Şirvanşahlar Sarayı Kompleksində dünya standartlarına cavab verən yeni muzey ekspozisiyası yaradılaraq ictimaiyyətə təqdim edilib".

Eyni zamanda, 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinın dəstəyi ilə 93 orta ümumtəhsil və 4 internat məktəbinin şagirdləri üçün İçərişəhərdə və burada yerləşən muzeylərdə ödənişsiz bələdçi turları təşkil edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi