Yuxarı
    Bağlamaq

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyindəki muzeylərdə “açıq qapı” günü keçiriləcək

    Açıq qapı “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilib

    Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 18-də “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə məlumatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yayıb.

    Bakı sakinləri və şəhərin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

    Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi