Yuxarı

"İçəri Şəhər" filmi YARAT Müasir İncəsənət Mərkəzində nümayiş etdiriləcək

Filmin nümayişi martın 29-da olacaq

Bakı. 28 mart. REPORT.AZ/ YARAT Müasir İncəsənət Mərkəzində İlqar Safatın “İçəri Şəhər” tammetrajlı bədii filminin nümayişi keçiriləcək.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Filmdən sonra yaradıcı heyət ilə sual-cavab da təşkil olunacaq.

“İçəri Şəhər” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıb.

Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi