"İçəri Şəhər" filmi Azərbaycanın bütün kinoteatrlarında nümayiş etdiriləcək - VİDEO

"İçəri Şəhər" filmi Azərbaycanın bütün kinoteatrlarında nümayiş etdiriləcək - VİDEO Film gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir
İncəsənət
23 Aprel , 2016 10:30
İçəri Şəhər filmi Azərbaycanın bütün kinoteatrlarında nümayiş etdiriləcək - VİDEO

Bakı. 23 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəri Şəhər” tammetrajlı bədii filmi mayın 5-dən kinoteatrlarda nümayiş etdiriləcək. 

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmin xronometrajı 115 dəqiqədir.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.

Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Son xəbərlər

Orphus sistemi