I Avropa Oyunları ilə əlaqədar “Ər və arvad” tamaşası nümayiş etdiriləcək

I Avropa Oyunları ilə əlaqədar “Ər və arvad” tamaşası nümayiş etdiriləcək Tamaşanın tərcüməsi sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim ediləcək
İncəsənət
11 İyun , 2015 16:02
I Avropa Oyunları ilə əlaqədar “Ər və arvad” tamaşası nümayiş etdiriləcək

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında “Ər və arvad” tamaşası 45-ci dəfə göstəriləcək. 

"Report" xəbər verir ki, Musiqili Teatr iyunun 13-də dahi Üzeyir bəy Hacıbəylinin “Ər və arvad” musiqili komediyasını 45-ci dəfə ingilis dilində nümayiş etdirəcək. Tamaşanın tərcüməsi sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim ediləcək.

I Avropa Oyunları ilə əlaqədar Azərbaycana təşrif buyuracaq qonaqlara daha yüksək keyfiyyətli mədəni xidmət göstərilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə teatrın repertuarındakı bir sıra əsərlər ingilis dilinə tərcümə olunub. “Ər və arvad”da həmin tamaşalardan biridir. Ümumiyyətlə, Musiqili Teatrın iyun repertuarı xüsusi şəkildə təşkil olunub və I Avropa Oyunları ilə əlaqədar tamaşalar əsasən ingilis və rus dillərində təqdim olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur.

Tamaşada rolları xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova, Ağaxan Şərifov və Fərid Rzayev ifa edəcək.

Son xəbərlər

Orphus sistemi