Heydər Əliyev Sarayında konsert proqramı olmayacaq

Heydər Əliyev Sarayında konsert proqramı olmayacaq Mayın 23-də VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının yekunu olacaq
İncəsənət
20 May , 2015 19:34
Heydər Əliyev Sarayında konsert proqramı olmayacaq

Bakı. 20 may. REPORT.AZ/ "Heydər Əliyev Sarayında mayın 19-da heç bir konsert, mədəni-kütləvi tədbir olmayıb və mayın 20-21-22-də olmayacaq". Bu barədə "Report"a açıqlamasında Heydər Əliyev adına Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə açıqlama verib.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsində həlak olan vətəndaşların xatirəsinə hörmət əlaməti olaraq Heydər Əliyev Sarayında konsert proqramı olmayacaq.

Anar Fərəczadə nəzərdə tutulan tədbirlər sırasında mayın 23-də Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının yalnız bağlanış konsertinin Heydər Əliyev Sarayında olacağını bildirib: "Festivalın bağlanış mərasimi Sarayda keçiriləcək. Proqrama klassik musiqilər daxildir".

Xatırladaq ki, Heydər Əliyev Sarayı Bakının ən böyük konsert məkanlarından biri sayılır. Saray səhnəsində ay ərzində yerli və xarici qonaqların konsert proqramları təşkil edilir.

Son xəbərlər

Orphus sistemi