Heydər Əliyev Mərkəzinin parkında “Ulduzlar bir arada” adlı konsert proqramı təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Ulduzlar bir arada” adlı konsert proqramı təşkil olunub Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında “Ulduzlar bir arada” adlı konsert proqramı təşkil olunub.
İncəsənət
27 Avqust , 2018 01:58
Heydər Əliyev Mərkəzinin parkında “Ulduzlar bir arada” adlı konsert proqramı təşkil olunub

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında “Ulduzlar bir arada” adlı konsert proqramı təşkil olunub.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycan estradasının məşhur simaları – xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, əməkdar artistlər Röya, Manana Çaparidze, Tünzalə Ağayeva, Ədalət Şükürov, Miri Yusif, tanınmış ifaçılar ABD Malik, Rauf və Murad Arif iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin parkında mütəmadi olaraq konsert, əyləncə proqramları təşkil edilir. Bu dəfə təşkil edilən kosertdə sakinlər və qonaqlar Azərbaycan estradasının tanınmış müğənnilərinin sevilən mahnılarının sədaları altında xoş həftəsonu istirahəti ediblər.

Son xəbərlər

Orphus sistemi