Yuxarı

​Heydər Əliyev Mərkəzində “açıq qapı” elan olunub

Ziyarətçilər saat 14.30-dan 19.00-dək Mərkəzdəki sərgilərlə tanış ola bilərlər

Bakı. 17 may. REPORT.AZ/ Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki sərgilər və Heydər Əliyev Muzeyində mayın 18-də saat 14.30-dan etibarən “açıq qapı” elan olunub.

Mərkəzdən "Report"a verilən məlumata görə, ziyarətçilər saat 14.30-dan 19.00-dək Mərkəzdəki Heydər Əliyev Muzeyi və hazırkı sərgilər, daimi ekspozisiyada nümayiş olunan əsərlərlə tanış ola bilərlər.

Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi, eləcə də “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, “Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman”, “Graking art”, “Ceyranlar” sərgiləri, eləcə də daimi ekspozisiyada sərgilənən böyük britaniyalı heykəltəraş Aniş Kapurun “Parobolik bükülmə”, yapon rəssam Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri”, Toni Kreqqin “Nəzər nöqtələri” əsəri nümayiş olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi