Yuxarı
    Bağlamaq

    "Herostratı unudun" tamaşasının premyerası olub

    İki hissəli pritçanın rejissoru Mehriban Ələkbərzadədir

    Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qriqori Qorinin "Herostratı unudun" iki hissəli pritçası əsasında hazırlanmış tamaşanın premyerası olub.

    "Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

    Tamaşada rolları əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Elşən Rüstəmov, Sabir Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Vüsal Mustafayev, Ülvi Həsənov, Şamil İbrahimov, Elçin Hacıyev ifa edir.

    Baş rol -  Herostrat obrazını Hikmət Rəhimov ifa edib.

    İki hissəli pritçanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

    Əsəri Azərbaycan dilinə Mehriban Ələkbərzadə tərcümə edib.

    Əsər, Herostrat adlı Efes sakininin həyatından bəhs edir. Herostrat Efesdə müqəddəs sayılan Artemida məbədini yandıran keçmiş tacirdir. Deyilənlərə görə, Herostrat bu hərəkətini məhşurlaşmaq üçün edib. Efes əmiri onu cəzalandırmaq üçün xalqa qəribə əmr verir: “Herostratı unudun”. Amma əmrin əksinə olaraq, Herostrat unudulmur. Məbədi tikdirənlər, məbədə qulluq edənlər unudulur, amma Herostrat hər zaman xatırlanır. Tamaşanın mənası, əsası bunun üzərində köklənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi