“Hər çiçəyin öz ətri” adlı rəsm sərgisi keçiriləcək

“Hər çiçəyin öz ətri” adlı rəsm sərgisi keçiriləcək Sərgidə, həmçinin ölkədəki azsaylı xalqların milli geyimləri nümayiş olunacaq
İncəsənət
22 Dekabr , 2016 12:45
“Hər çiçəyin öz ətri” adlı rəsm sərgisi keçiriləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Xətai Sənət Mərkəzində dekabrın 23-də “Hər çiçəyin öz ətri” adlı uşaq və yeniyetmələrin rəsm sərgisi keçiriləcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, "Multikulturalizm ili"nə həsr olunan sərgidə Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilən rəsmlər nümayiş etdiriləcək.

Sərgi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə təşkil olunub.

Sərgidə, həmçinin ölkədəki azsaylı xalqların milli geyimləri nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi